Quba polisi soyqırımla bağlı tədbir keçirib -FOTO

Gündəm 30 Mart 2022 | 23:00
OXUNUB: 1563

31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba Rayon Polis Şöbəsində tədbir keçirilib.

31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba RPŞ-də tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixçi Taleh Bəşirov ermənilərin “Böyük Ermənistan” xülyaları yolunda azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınların Bakı şəhəri ilə məhdudlaşmadığı, Şamaxıda,  Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri xatırlanıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildiyi,  Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıdığı diqqətə çatdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man