CHP-li deputatdan Ukraynanın “kömək edin” çağırışına cavab: "Ərdoğanın mövqeyini bilmirik..."

24 Fevral 2022 | 11:46
OXUNUB: 3386
"Müharibə davam edərsə, Türkiyə daxil olmaqla hər kəs itkiyə məruz qalacaq”.

Bunu Sfera.az-a açıqlamasında Cümhuriyyət Xalq Partiyasında (CHP) təmsil olunan deputat Atilla Sertel deyib. Türkiyəli millət vəkili ukraynalı səfirin müraciətinə belə cavab verib:

"Cümhuriyyət Xalq Partiyası olaraq biz müharibənin olmamasını istərdik. Kim müharibəyə başlayırsa, demək ki, pis hadisələrə yol açır. Bizim Rusiya-Ukrayna müharibəsində mövqeyimiz bundan ibarətdir. Lakin prezident Ərdoğanın bu məsələ ilə bağlı mövqeyinin nə olduğunu bilmirik, bu gün tutulan mövqe sabah dəyişə də bilər. Biz konkret olaraq hansısa ölkəni dəstəkləmirik. Müharibə itkilərə yol açacaq”.
 
Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tvitter səhifəsində strateji müttəfiqi Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda onlara yardım etməyə çağırıb.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man