Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Yol qəzaları 30 Mart 2022 | 14:09
OXUNUB: 513

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlaxda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Avtosfer.az-a daxil olan məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyi "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərinin Malbinəsi kəndində "Mercedes" markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

***

Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yolun 9-cu kilometrliyində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər - Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü S.İsmayılov, Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Z.Aslanov, Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü S.Rzaquliyeva, Goranboy rayon sakini, 1953-cü il təvəllüdlü T.Aslanova və daha bir qadın xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man