Qeydi-adi qayda pozuntusu - 80 yaşlı kişi 104 km əks istiqamətdə getdi

Nəqliyyat xəbərləri 30 Mart 2022 | 09:07
OXUNUB: 1606

Hadisə Fransanın İndra və Luara departamentində baş verib. Avtosfer.az-ın “Figaro”ya istinadla xəbərinə görə, axşam saatlarında polis bir avtomobilin əks istiqamətdə hərəkət etməsi barədə 50-dən çox xəbərdarlıq alıb. Kameralara baxış zamanı sürücünün 80 yaşlı kişi olduğu üzə çıxıb. Jandarmlar artıq onu prokurorluğa təhvil verib. Yaşlı kişiyə başqasının həyatını təhlükədə qoyma – ağırlaşdırıcı halda maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Fransa Cinayət məcəlləsinin 223-cü maddəsinə əsasən bu cinayət 3 ilədək həbs və 45 000 avro cərimə ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda cəza 5 il həbs və 75 000 avro cəriməyədək arta bilər.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man