Cəbrayılda ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı - FOTO-VİDEO

Gündəm 29 Mart 2022 | 17:34
OXUNUB: 382

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Karxulu kəndində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarışda olan Valeh Nəzərov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 17 kiloqram 500 qrama yaxın marixuana, 2 kiloqram 300 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 1 700 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb. Həmçinin V.Nəzərova məxsus bir ədəd “TT” markalı tapança və səkkiz ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man