Maska qadağası ləğv olunur? - AÇIQLAMA

Gündəm 29 Mart 2022 | 19:47
OXUNUB: 2000

Son günlər yoluxmanın azalması ölkədə ab-havanı yaxşılaşdırıb, insanlar arasında əhval-ruhiyyəni daha da yüksəldib. Bununla belə bir nəticəyə gəlmək olarmı ki, 3 ildir dünyanı cənginə alan koronavirus artıq süqut edir? Maska qadağasının ləğv olunması artıq qüvvəyə minməlidirmi?

Mövzuyla bağlı infeksionist Nicat Əzimli sonxeber.az-a münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan və ümumilikdə dünyada statistikalar gedişatın yaxşı olduğunu göstərir:

"Öncəliklə qeyd edim ki, 2 həftə əvvəlki çıxışında ÜST rəhbəri Tedros, pandemiyanın bitməkdən hələ çox uzaq olduğunu bildirib. O vurğulayıb ki, dünyanın hər yerində tamamilə sonlanmadıqca pandemiyanın bitmiş olduğunu demək olmaz.

Biz isə, bir həkim olaraq, indiki vəziyyəti şərh etsək, deyə bilərik ki, Azərbaycan və ümumilikdə dünyada statistikalar gedişatın yaxşı olduğunu göstərir. "COVID-19"la bağlı həkimə müraciət edən şəxslərin sayında da real olaraq azalmanı müşahidə olunur. Lakin, pandemiyanın bitdiyini elan etmək pandemiyanın başladığını elan edən qurumun işidir. Bu qurum isə hazırda yuxarıda qeyd etdiyim ifadələrlə çıxış edir. Bu səbəbdən maska və digər qadağaların aradan qaldırılmasının hazırkı vəziyyətdə uyğun olduğunu düşünürəm".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man