Qoca maliyyə dahisi bu ölkəni hədəf aldı – Sorosun Macarıstandan qisas planı

23 Fevral 2022 | 13:48
OXUNUB: 558
"Qoca və hiyləgər maliyyə dahisi Corc Soros özünü yeni seçkilərdə sınayacağının anonsunu verib. Yox, söhbət cənab Sorosun seçkilərdə qanuni iştirakından getmir, məsələnin qayəsi maliyyəçinin seçki prosesini öz xeyrinə dəyişmək cəhdlərindən gedir”.
 
Sfera.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, bu ilin aprelində Macarıstanda ümumxalq seçkiləri keçiriləcək və Soros vaxtilə buradan qovulduğunun acığını çıxmaq niyyətindədir:
"Macarıstan hökuməti bir neçə il öncə Sorosu miqrantların Avropaya yerləşdirilməsi üçün plan qurmaqda təqsirləndirirdi. 
 
Macarıstanda Sorosun təsisçisi olduğu fondların və dəstəklədiyi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini nəzarətə almaq, maliyyə dəstəklərini məhdudlaşdırmaq üçün "Sorosu dayandırın” adı verilən qanun mövcuddur.

Macarıstanın Baş naziri Viktor Orban C.Sorosu tənqid edir, onu Macarıstan siyasətinə müdaxilədə, liberal müxalifətə rəhbərlikdə suçlayır.
Seçki prosesi ölkə üçün həssas nöqtələr yaradır, görünür, Soros bu nöqtələrə təmas etməklə yenidən Macarıstanı əlinin içinə almağa cəhd edir.
Soros onun fəaliyyətinə "nöqtə” qoyan Macarıstan hökumətini bağışlamır, çağırış edir ki, apreldə keçiriləcək seçkilərdə Macarıstan xalqı Viktor Obranı baş nazir kürsüsündən devirməlidir”.
 
Ekspertin sözlərinə görə, Soros şəxsi sərvətinin 32 milyard dollardan çoxunu "dünya işlərinə” xərcləyib, ən azından onun özünün rəsmi təqdimatında yer alan məlumatlarda bu haqda yazılıb:

"Milyarder Soros 2019-2020-ci illərdə dünyadakı seçki nəticələrinə təsir etmək üçün demokratik qruplara 80 milyon dollar pul buraxıb. İndi isə bu rəqəmin həcmi böyüyür, Soros 2022-ci ildə dünyadakı seçkilər və ondan sonrakı dövr üçün özünün kurasiyasında olan demokratik qruplara və "demokrat namizədlərə” kömək məqsədilə 125 milyon dollarlıq bir platforma qurur.
 
Macarıstan Azərbaycan və Türkiyə üçün də mühüm tərəfdaşdır və o, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur. Soros Azərbaycanı da, Türkiyəni də hədəf alan fiqurantdır, ona görə də Macarıstanda özünün zühurunu təmin etsə, bu, Bakı və Ankara ilə də münasibətlərə təsirsiz ötüşməyəcək”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man