Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
"Hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir. Hökumətə təklif etmişik ki, idxal rüsumunun dərəcəsi də 0% olsun", - deyə o, qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man