Ağstafada baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb. APA-nın xəbərinə görə, qəzada xəsarət alan 1966-cı il təvəllüdlü Vəliyeva Mirvari Mikayıl qızı Qazaxda xəstəxanada ölüb.
***
Bakı-Qazax magistralında baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb. "Report"un məlumatına görə, hadisə yerinə Ağstafada rayonundan 2, Qazax rayonundan 1, 113 - Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub. İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man