DTX Vətən müharibəsində erməni hərbçiləri tələyə saldı: “Telefonlarına mesaj göndərdik və...” - VİDEO

Gündəm 29 Mart 2022 | 11:18
OXUNUB: 698

“Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir çox kibermüdaxiləmizi görüb bunun nəticələrindən sarsıldılar. Buna görə də interneti kəsdilər və yalnız SMS vasitəsilə məlumatlanırdılar”.

Avtosfer.az-ın məlumatına əsasən, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.  

“Biz erməni komandirlərin adından bütün əsgərlərə erməni dilində hərbi əmr göndərdik. Səhərə yaxın saat 4-də erməni dilində göndərdiyimiz mesajda belə yazılmışdı: “Dörd yolda toplanın və təzə əmr gələcək. Konfidensiallıq baxımından əmr açıqlanmır”, - deyə DTX nümayəndəsi əlavə edib.

O qeyd edib ki, ermənilər deyilən zamanda həmin məntəqəyə toplaşıblar:

“Bundan sonra pilotsuz uçuş aparatlarımız hərbi əməliyyatları yerinə yetirdi”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man