Rusiya öhdəlik götürdü: Bu şəxslər Bakıya veriləcək

23 Fevral 2022 | 00:01
OXUNUB: 4482
Rusiya ilə müttəfiqlik bəyannaməsində Azərbaycanın maraqları baxımından vacib olan məqamlardan biri də 11-ci bənddir.

Bu bəndə deyilir ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Moskva Azərbaycan ərazisindən ona qarşı mümkün təhdidlərin qarşısını almaq istəyir, halbuki, indiyə qədər belə bir təhdid olmayıb: ruslar Qərblə qarşıdurmada bundan sonrakı dövrdə zəmanət alırlar.

Rusiya ərazisində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq separatizmlə məşğul olan şəxslər var: belələri Moskvadan Sibir bölgəsinə qədər yayılıb (Zabil Məhərrəmov və digərləri); Rusiya imzalanan sənədlə bu şəxslərin separat fəaliyyətinin qarşısını almaq və Azərbaycana təhvil vermək öhdəliyi götürür; müqavilənin praktikada nə qədər işləyəcəyi bəlli olmasa belə, rəsmi Bakı bu tələblə çıxış etmək imkanı qazandı;

Azərbaycan Qarabağdakı separatçı-terrorçuların nümayəndələrinin, xüsusilə Araik Arutyunyanın Rusiyadakı fəaliyyəti ilə bağlı da eyni tələbi irəli sürə bilər.
 
(Axar.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man