Hər gün minlərlə avtomobil bu yolda tıxacda qalır: problemdən çıxış yolu nədir? - VİDEO

Gündəm 28 Mart 2022 | 22:10
OXUNUB: 3566

Sürücülərin ən çox istifadə etdiyi yolda hər gün tıxac yaşanır. Paytaxtın Babək prospekti və Yusif Səfərov küçəsindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücülər  xüsusən axşam saatlarında tıxacda qalırlar. 6-7 zolaqlı yol irəlidə daralır. Üstəlik bəzi sürücülərin bir-birinin yoluna  girməsi də hərəkətin intensivliyini azaldır. İllərdir davam edən bu problem niyə həll edilmir ? 

Avtosfer.az xəbər verir ki, hər gün minlərlə avtomobil bu yolda tıxacda qalır. Bəzən yollardan biri bağlanır, digər  küçədən gələn avtomobillərə üstünlük verilir. Lakin bu da ərazidəki tıxacı azaltmır. Yol hərəkəti üzrə ekspert  Elməddin Muradlı deyir ki,bu yollarda tıxacın yaranmasının əsas səbəbi ərazidə körpülərin tikintisi zamanı gələcək planların nəzərə alınmaması ilə bağlıdır. Elməddin Muradlı qeyd edir ki,təkliflərdən biri Babək prospektindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücüləri Keşlə qəsəbəsindən bu  prospektə istiqamətləndirməklə bağlıdır.Çünki Keşlə qəsəbəsindən prospektə doğru alternativ yol hazırda istifadədir. Elməddin Muradlının sözlərinə görə, Heydər Əliyev prospeki  və  metronun "Gənclik" stansiyası istiqamətinə  gedərkən, əsas üstünlüyü Yusif Səfərov küçəsi ilə hərəkət edən sürücülərə verirlər. Nəticədə Babək prospektində uzun tıxaclar yaranır. Bakı Nəqliyyat Agentliyindən bildirildi ki,ərazidə müşahidə olunan problemlər yolun darlığından əmələ gələn qum saatı effekti və vaxtı ilə layihələndirmə zamanı yol verilən səhvlərdir.Qeyd olunan məsələnin həlli ilə bağlı Bakı şəhərinin baş planında Babək prospektinin Heydər Əliyev və Ziya Bünyadov prospektləri ilə əlaqələndirən alternativ dəhlizlərin açılması təklif edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man