Bu yollar bayramda təmir edilib - SİYAHI - VİDEO

Yeniliklər 28 Mart 2022 | 16:29
OXUNUB: 632

Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub. 

Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.                    

22-27 mart 2022-ci ildə təmir işləri aparılan küçə və prospektin S İ Y A H I S I


1    Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);


2    Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);


3    Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);


4    Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);


5    Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);


6    Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə); 


7    Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);


8    Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);


9    Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);


10    Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);


11    Şəhər şossesi (Zabrat yolu); 


12    "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);


13    Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);


14    Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;


15    Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;


16    Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man