Ukraynada mühasirəyə düşən azərbaycanlı sürücü azad olunub - FOTO - VİDEO

Gündəm 28 Mart 2022 | 15:18
OXUNUB: 3282

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və ABADA-nın səyləri nəticəsində Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib. A.Əliyev öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin edilib. Hazırda təxliyə olunan sürücü Rumıniya ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirib.

28 fevral tarixində Xarkov şəhərində yaralanan sürücülər də təxliyə edilib. Onlardan Tahirov Samir Moldova respublikasında müalicə alır. Digər yaralı isə Masallı şəhər rayon xəstəxanasında müalicəsini davam etdirir.

Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü var. Onlardan biri Xerson, digəri isə Çerniqov şəhəri ərazisindədir. Həmin sürücülərin təxliyəsi istiqamətində də işlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man