Sosial şəbəkələrdə izləyicilərin marağını cəlb etmək istəyən sürücü, özünü videoya çəkərək görüntüləri yayıb. Avtosfer.az xəbər verir ki, sürücü sükan arxasında spirtli içki şüşəsini əlində saxlayaraq avtomobili idarə edib. Video qeydə alınan zaman qarşıda yol polisi əməkdaşları xidməti avtomobillə hərəkətdə olub. Sürücü etmiş olduğu hərəkətin səhv olmasıyla yanaşı görüntüləri paylaşmasıyla digər sürücülərə pis örnək olub.
Qeyd edək ki, “Chevrolet Cruze” markalı 90-KY-140 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün çoxlu sayda bu tipli videoları var. Videoda da sürət həddini aşdığı və avtomobillər arasında ara işlədiyi aydın şəkildə görüntülənib.
Həmin videoları təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man