ABŞ-ın Oreqon ştatının Salem şəhərində baş vermiş qəza nəticəsində azı 4 nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 02:00 radələrində baş verib.
Polisin məlumatına görə, naməlum şəxs avtomobili ilə evsizlərin düşərgəsinə daxil olub, nəticədə hadisə yerində iki nəfər vəfat edib. Xəstəxanaya çatdırılanlardan sonradan daha ikisi orada ölüb.
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Trend
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man