Bakıda “Azərsu”nun işçilərini avtomobil vurub - RƏSMİ AÇIQLAMA

Yol qəzaları 28 Mart 2022 | 11:58
OXUNUB: 486

Ötən gün “Azərsu” əməkdaşlarını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Xətai prospektində baş verib. Belə ki, “Mercedes-Benz” markalı avtomobil sözügedən ərazidə kanalizasiya sistemini təmizləyən, “Azərsu”ya məxsus olan “MAN” markalı xidməti maşını vurub. Hadisə nəticəsində sürücü və “Azərsu”nun işçiləri, çilingər və mühəndis - 1960-cı il təvəllüdlü Rahəd Mənəfov, 1983-cü il təvəllüdlü Nurlan Qəhrəmanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı faktı oxu.az-a təsdiq edib. O bildirib ki, yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər: “Hadisə Nərimanov rayonu Xətai prospekti (Şərq bazarının qarşısında) baş verib. Gecə saatlarında ərazidə yerləşən D1000mm kollektorunun qrafikə uyğun yuyulması zamanı “Mercedes-Benz” markalı minik avtomobili arxadan kanal yuyan maşına çırpılaraq qəza törədib. Nəticədə mühəndis və çilingər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədirlər. Hər ikisinin bədənində müxtəlif sınıqlar var”.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man