Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Taksi sürücüsü, 1982-ci il təvəllüdlü Həşimov Anar Rahid oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - 1955-ci il təvəllüdlü Ələkbərova Cəmilə Cəlar qızı, 1950-ci il təvəllüdlü Məmmədova Kəmalə Cəlal qızı xəsarət alıblar.
Hər 3 yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man