Bakıda “Makarov” satmaq istəyən şəxs həbs edilib - VİDEO

Gündəm 28 Mart 2022 | 10:09
OXUNUB: 555

 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, idarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man