Rusiya qadağan olunmuş kaset bombalarından istifadə edib

Gündəm 27 Mart 2022 | 23:33
OXUNUB: 1236

Rusiya Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda yaşayış məntəqəsini atəşə tutmaqla qadağan olunmuş kasetli sursatlardan istifadə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“İstintaqın məlumatına görə, martın 27-də Rusiya silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayaraq,  Krivoy Roq rayonunun yaşayış məntəqələrindən birində “Tornado-S” reaktiv yaylım atəş sistemi ilə artilleriya atəşi həyata keçirib. Raket qadağan olunmuş kasetli sursatlarla təchiz edilib”, - məlumatda deyilir.

Faktla bağlı cinayət işi açılıb.

"Hadisə yerinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və partlayıcı qurğular xidmətinin əməkdaşları tərəfindən raketin parçaları aşkar edilərək götürülüb. Zərərçəkənlər və zədələnmiş infrastruktur haqqında tam məlumat dəqiqləşdirilir. Bu ərazidə hərbi obyekt yoxdur", - deyə Baş Prokurorluq əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man