Fərrux yüksəkliyi Azərbaycan Ordusunun nəzarəti altına keçib - VİDEO

Gündəm 27 Mart 2022 | 17:25
OXUNUB: 6161

Azərbaycan Ordusu beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində mövqe və dislokasiya yerlərini dəqiqləşdirir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş Fərrux yüksəkliyi bir güllə belə atılmadan artıq ordumuzun nəzarəti altındadır.

Avtosfer.az-ın məlumatına görə, ötən gün Müdafiə Nazirliyi də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata cavab olaraq bildirdi ki, Azərbaycan ərazisində olan kəndin adı Furux deyil, Fərruxdur. Birinci Qarabağ müharibəsi zamanı elə Fərrux zirvəsi uğurunda gedən döyüşlərdə iştirak edən qazi Rey Kərimoğlu deyir ki, 1991-ci il yanvarın 31-də Ağdam Polis Alayının rəhbəri və Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyonun iştirakı ilə orada döyüş əməliyyatları aparılıb. 1992-ci il yanvarın 31-də Fərrux kəndi erməni işğalından tam azad edilib. Amma yüksəklik ermənilərdə olub. Kərimoğlu bildirir ki, Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Həmin yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.  Rey Kərimoğlu əlavə edib ki, Fərrux yüksəkliyi Xankəndi, Ağdərə yoluna nəzarət baxımından da çox mühümdür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man