Azərbaycan-Ermənistan sərhədində gərginlik: III Qarabağ müharibəsi başlaya bilər?

Gündəm 26 Mart 2022 | 19:38
OXUNUB: 1415

“Əgər onlar siyasi həll yolu tapmasalar, hərbi əməliyyatları istisna etmirəm”.

Bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyan deyib. “Azərbaycanlılar Qarağluxa çata bilsə, erməni tərəfi böyük əraziyə nəzarəti itirəcək", - deyə o əlavə edib. Xatırladaq ki, son günlərdə Qarabağdakı vəziyyət yenidən gərginləşib. Ermənistanın üçtərəfli razılaşmalara əməl etməməsi və yenidən təxribatlara cəhd etməsi buna səbəb olub. Son yaşanan proseslər isə yenidən müharibə ola biləcəyi iddialarının səslənməsinə gətirib çıxarıb. Maraqlıdır, yaxın zamanda III Qarabağ müharibəsi başlaya bilər? Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında deyib ki, irimiqyaslı əməliyyat olmayacaq:

"Fikrimcə, sadəcə antiterror əməliyyatı həyata keçiriləcək. Lakin bu, III Qarabağ müharibəsinə səbəb olmayacaq. Çünki orada böyük bir ərazi qalmayıb. Azərbaycan Ordusunun həmin əraziləri bir neçə günə təmizləmək imkanı da var. Üstəlik ermənilər üçün Qarabağda heç bir perspektiv yoxdur.

Oradakı qanunsuz erməni silahlı birləşmələri ya silahlarını təhvil verəcəklər, ya da məhv ediləcəklər. Azərbaycan Ordusu artıq 2 həftədən çoxdur ki, onlara lazım olan xəbərdarlıqları edib. Həmçinin, Rusiya sülhməramlılarına da bu haqda bildirilib. Dünən Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng etməsi də, orada olan rus sülhməramlılarının çətin vəziyyətə düşməməsi və zərər görməməsilə bağlı xahiş idi". Ekspert ATƏT sədrinin polşalı nümayəndəsi Anjey Kaspşikin açıqlamalarına da cavab verib: "O yaramaz dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşərək, Qarabağı müzakirə edib. Hətta bəyanat verib ki, Azərbaycan Ordusu martın 23-nə olan mövqelərinə çəkilməlidir. Sən kimsən ki, Azərbaycan ərazilərilə bağlı fikir səsləndirirsən? Ümumiyyətlə, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan Ordusu bu məsələni sona çatdıracaq. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etməlidir və edir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man