Zərdab rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Rüstəmov Münasib Salam oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man