"Netflix" sayəsində məşhurlaşan dələduz ilk dəfə danışdı: "O filmdəkilər uydurmadır"

21 Fevral 2022 | 11:25
OXUNUB: 574
"Netflix" platformasında yayımlanan və tamaşaçıların diqqətini cəlb edən "The Tinder Swindler” adlı sənədli film gündəmdən düşmək bilmir.
 
Sfera.az bildirir ki, filmin "qəhrəmanı", özünü "almaz kralı" kimi təqdim edib onlarla qadını aldadan Saymon Levyev ilk dəfə danışıb.

Əsl adı Şimon Yequda Hayut olan dələduz "Inside Edition"a açıqlama verib. O, haqqında söylənənlərin əksinə alicənab biri olduğunu söyləyib:
 
"Mən "Tinder” fırıldaqçısı deyiləm. Saxtakar da olmamışam. İnsanlar məni tanımır, ona görə də qınaya bilməzlər. Sadəcə "Tinder” platformasında qızlarla tanışmaq istəyən subay adam idim. Çəkilən ekran işini sənədli film adlandırırlar, amma oradakı hekayə uydurmadır”. Müsahibə zamanı Levyevin model sevgilisi Kat Konlinin də yanında olması diqqət çəkib.

Xatırladaq ki, sözügedən şəxsin bu günə qədər dələduzluq sayəsində 7,4 milyon sterlinq qazandığı bildirilir.
 
Günay Rəsulqızı
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man