Xarkovdan təxliyə edilən Milli Qəhrəmanımızın ailəsinin görüntüləri - VİDEO

Gündəm 25 Mart 2022 | 21:54
OXUNUB: 1726

Bir neçə gün öncə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilib. 

Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib. Deputat bildirib ki, Milli Qəhrəmanın ailəsi hazırda Kişinyov şəhərindədir. “Viktor Seryoginin anası Qalina xanım xəstəxanada müalicə alır. Ukraynadan çox çətin vəziyyətdə təxliyə edilən ailənin yerləşdirilməsi, təhlükəsizliyi və müalicəsi ilə Moldovadakı səfirimiz Qüdsi Osmanov şəxsən özü məşğul olur. Bu işdə çox səy göstərdi. Ailəni təxliyə edən maşına dəfələrlə hücum oldu. Dörd-beş saatlıq yolu 16-17 saata qət edərək, sağ-salamat Moldovaya gətirildilər.  Ailə ilə gündəlik əlaqə saxlanılır. Viktor Seryoginin həyat yoldaşı və qızı Prezident İlham Əliyevə təşəkkür etdiklərini bildirdilər. Həmçinin ailənin təxliyəsində canla-başla çalışan Oleq Krapivinə, Qüdsi Osmanova, Məhəmməd Əhmədzadəyə də minnətdarlıqlarını ifadə ediblər”.  Rüfət Quliyev bildirib ki, Milli Qəhrəmanın ailəsinin Azərbaycana gətirilməsi onun həyat yoldaşı Qalina xanımın səhhəti ilə əlaqədar gecikir: n“Qalina xanım çətin şəraitdən çıxarıldığına görə özünə gəlməsi üçün bir neçə gün gözləməli olduq. Onun təyyarəyə buraxılması üçün həkim rəyi lazımdır. Ayın sonuna qədər Bakıya gətiriləcəklərini gözləyirik”. Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub. 1992-ci il yanvarın 28-də onun idarə etdiyi və göyərtəsində 47 sərnişinin olduğu “Mi-8” mülki helikopteri erməni mövqelərindən atılan “Stinger” istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.  1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib. Ukraynadan təxliyə edilən Milli Qəhrəmanın ailə üzvlərinin yeni görüntülərini təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man