Yol polisi kütləvi qayda pozan sürücülərə qarşı hərəkətə keçdi - VİDEO

İctimai nəqliyyat 24 Mart 2022 | 22:37
OXUNUB: 1266

Bakıda qaydaları kütləvi olaraq kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Sözügedən görüntüləri dünən Avtosfer.az saytı yayıb. Tıxac olduğunu görən sürücülər piyadaların keçidi üçün nəzərdə tutulmuş beton arakəsmənin üzərindən keçərək intensivliyin az olduğu əks istiqamətli yola çıxıblar. Ətrafda yaşayanlar şifahi olaraq bildirdilər ki, günün pik saatlarında yolda sıxlıq olan kimi bəzi sürücülər həmin ərazidə qaydanı pozurlar. Kadrlardan da aydın olur ki, öz yolu ilə hərəkət edən sürücülər məcbur qalıb qayda pozanlara yol verirlər. Bu həm də yolda süni sıxlığa səbəb olur. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həmin sürücülər barəsində ciddi tədbir görüləcək. Araz Əsgərli deyir ki, ərazidə olan müşahidə kameralarına baxış keçiriləcək, əks yola çıxan sürücülərin hər biri inzibati qayda cərimə olunacaq. ''Yolda tıxacın olması sürücülərə qayda pozuntusu törətməyə əsas vermir'',-deyə Araz Əsgərli əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man