Ukraynanı tərk edən azərbaycanlıların sayı artır - VİDEO

Gündəm 24 Mart 2022 | 23:59
OXUNUB: 1282

Ukraynada müharibə mühacirlərinin əksəriyyəti ölkəni Polşaya keçməklə tərk edir.

Avtosfer.az-ın məlumatına görə, Ukraynadan çox sayda soydaşımızın da üz tutduğu Polşada isə mühacirlərin qəbulu üçün 8 keçid məntəqəsi ayrılıb. İlk günlərdə mühacirləri qəbul etmək üçün ayrılmış 4 düşərgə bəs etmədiyi üçün onların sayı artırılır.  Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Nicat Həsənli deyir ki, soydaşlarımızın həmin düşrəgələrdə müvəqqəti olaraq məskunlaşması üçün bütün işlər görülür. Vatsap vasitəsi ilə onların pasportlarını, qeydiyyat nömrələrini və Bakıdakı yaxınlarından birinin şəxsi nömrəsini qeyd etməkləri xahiş olunur. Bu günə kimi artıq 800-ə yaxın soydaşımızın qarşılanıb, müvafiq köməklə təmin olunması üçün işlər görülüb. Polşaya Ukrayanadan pənah gətirən soydaşlarımız hazırda bu ölkənin müxtəlif şəhərlərində məskunlaşıb. Lakin Ukrayna vətəndaşı olmayan soydaşlarımız Polşada bir sıra problemlərlə üzləşirlər. Buna baxmayaraq Polşada yaşayan soydaşlarımız Ukrayanadan bu ölkəyə gələn azərbaycanlıların problemlərinin həllində aktivlik nümayiş etdirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man