Bir neçə gün əvvəl sel suları Cəlilabadda həyətlərə və sahələrə dolub.
Avtosfer.az-ın məlumatına görə, rayon ərazisindən keçən Mişar çayının daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara magistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb. Su torpağı yudugundan sahələrdə əkilmiş və yetişməkdə olan kartofların əksəriyyəti üzə çıxıb. Sahələrdə hələ də palçıq olduğu üçün kartofları yenidən torpağa basdırmaq da mümkün deyil. Hazırda torpağın yaş olması həm də əkinin məhvinə gətirib çıxarır. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, sahələrin sel sularının altında qalması məhsuldarlığın 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək. Qeyd edək ki, Cəlilabad rayonunda 4000 hektara yaxın sahədə kartof əkilir. Hesablamalara görə, hazırda isə əkin sahələrinin 40 faizinə ziyan dəyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man