Bakıda velosiped yollarının sayı artırılır - VİDEO

Gündəm 24 Mart 2022 | 19:49
OXUNUB: 782

Bakıda çəkilən velosiped yollarının sayı ildən-ilə artırılır.

Avtosfer.az-ın məlumatına görə, Bakının Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən başlayaraq Zərifə Əliyeva küçəsi istiqamətində 7,5 km-lik velosiped yolu salınır. Yolun bəzi hissələrində artıq işlər yekunlaşıb. Ərazidə velosipedçilərin hərəkətini bildirən nişanlar və cizgi xətləri çəkilib. Şəhər mərkəzində bu cür zolaqların salınmasında məqsəd hərəkətin intensiv olduğu küçələrdə velosipeçilərin yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqdır. Pilot layihəyə əsasən, Bakıda dənizkənarı bulvar ərazisini əhatə edən velosiped yolunun eni hər iki istiqamətdə 1,5 metrdir. Yol çəkilərkən bütün standartlar nəzərə alınıb. Velosipedçi hərəkət edərkən səkidə olan heç bir piyadaya maneə yaratmayacaq. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, belə yolların salınmasını həm də ekoloji təmiz nəqliyyat vasitələrinə təşviq kimi də qiymətləndirmək olar. Ekspertin fikirincə, zolaqların artırılması gələcəkdə velosipedçilərin vurulması ilə nəticələnən qəzaların sayının azalmasına da ciddi təsir edəcək. Qeyd edək ki, velosiped zolaqlarının yaradılması məsələsi "Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb. Şəhərin Baş Planına əsasən, 2027-ci ilə qədər Bakıda 63.5 km, 2040-cı ildə isə paytaxtda 251 km uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man