Ötən gecə Belçika polisi Niderland nömrəli avtomobilin yol kənarında dayandığını görərək vəziyyətlə maraqlanıb. Avtosfer.az-ın xəbərinə görə, sürücü qadın fransızca bilmədiyi üçün polis işçisi gecə yarısı Holland dili bilən tərcüməçi dostunun köməyindən istifadə edib. Söhbət əsnasında məlum olub ki, Niderland vətəndaşı olan 85 yaşlı qadın sürücü GPS naviqatorun köməyi ilə evindən 8 km aralıdakı marketə getmək istəyib. Lakin cihaz düzgün proqramlaşdırılmadığı üçün o, 200 km qət edərək Belçikanın Ruazin kommunasına gəlib çıxıb.
Gecə yola çıxmaması üçün polis qadını idarəyə gətirib. Burada naviqator tənzimlənib və səhər qadın vətəninə yola salınıb.
Məsələ ilə bağlı Niderland polisi də məlumatlandırılıb.
PS. Sərhəd nəzarətinin yoxluğu bəzən belə kuryozların yaranmasına səbəb olur.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man