Zaqatalada yol polisləri şəhid ailəsini ziyarət ediblər - FOTO

İctimai nəqliyyat 21 Mart 2022 | 23:45
OXUNUB: 3399

Zaqatalada yol polisləri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər
Avtosfer.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, İsmayıl Səmədovun keçdiyi şərəfli döyüş yolu xatırlanıb. Həmçinin, qəhrəman oğullarımızın Vətən müharibəsindəki qələbə əzmindən danışılıb, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Qeyd edək ki, İsmayıl Səmədov Vətən müharibəsində Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man