Bayram günləri avtovağzaldan 3 dəfə çox sərnişin daşınıb

Gündəm 21 Mart 2022 | 17:30
OXUNUB: 2164

“Son 4 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 40 minə qədər sərnişin daşınıb”.

Bu barədə Avtosfer.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.

Bildirilib ki, Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyəti göstərib. Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib. Onlayn bilet alanların sayı əvvəlki illərdən daha çox olub. 17, 18, 19 mart tarixlərində ümumilikdə 5336 bilet əvvəlcədən alınıb:

“Qabaqcadan satış prosesində kassa önündə sərnişin biletləndirilərkən fin kodun, əlaqə telefonunun kompyüterə daxil edilməsi, sərnişinin səfər edəcəyi avtobus haqqında və digər sualları yaranır ki, bu da təxmini 2-3 dəqiqə zaman alır. Sərnişinlər əlavə vaxt itirməsin, narahatlıq yaşanmasın deyə qabaqlayıcı tədbir olaraq bayram günləri əlavə kassalar da açılıb. Statistik göstəricilərə əsasən reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub. 18,19,20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib. Əsas məqsəd sərnişinlərimizin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır”.

Məlumatda, həmçinin qeyd olunub ki, sərnişin axını 18 və 19 mart tarixlərində daha çox olub. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man