"Azpetrol"un sürücüsü sərxoş halda qəza törətdi, 2 nəfər öldü - FOTO

Yol qəzaları 21 Mart 2022 | 13:40
OXUNUB: 9528

Bu gün səhər saatlarında Bakı dairəvi yolunun 13-cü kilometrliyində qəza baş verib. Avtosfer.az xəbər verir ki, 99-JA-796 qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili əks yola çıxaraq 50-CK-610 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yük avtomobili “Mercedes”in üzərinə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və onun arxasında əyləşən sərnişin 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində keçinib, 10-UF-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil isə əzilərək maddi ziyan dəyib. “Man” markalı avtomobili idarə edən 41 yaşlı Şəfiyev Səbuhi Akif oğlu isə polis əmədaşları tərəfindən saxlanılıb.

Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə həmin sürücünü dindirən zaman məlum olub ki, sürücü sükan arxasında yuxulu vəziyyətdə olub. Eyni zamanda hadisədən sonra saxlanılan sürücünün tibbi müayinə zamanı ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.

Qeyd edək ki, qəzaya səbəb olan “Man” markalı avtomobil "Azpetrol" yanacaqdoldurma məntəqəsinə məxsusdur. Hadisə baş verərkən yük avtomobili yanacaqla dolu olub. Təəssüf ki, sürücü işə başlayarkən tibii müayinədən keçirilməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man