İspaniyanın kənd təsərrüfatı sektorunun minlərlə nümayəndəsi bazar günü Madridin mərkəzində genişmiqyaslı etiraz aksiyasına qatılıb.
Mitinq təşkilatçıları nümayişdə 500 minə yaxın insanın iştirak etdiyini iddia edirlər. Madrid şəhər hökumətisə nümayişə təxminən 150 min nəfərəin qatıldığına əmindir.
Fermerlər, maldarlar, balıqçılar və digər sektor nümayəndələri etiraza traktorla gəlib. Bəzilərisə özləri ilə heyvan, o cümlədən at gətiriblər.
İştirakçılar İspaniya hökumətindən mövcud siyasi vəziyyət, xüsusən də Ukrayna ətrafındakı vəziyyət və krallıqda daha əvvəl başlayan yükdaşıyanların tətili səbəbindən əziyyət çəkən sektor üçün təcili tədbirlər görməyi tələb ediblər. Bundan əlavə, aksiya iştirakçıları xammalın qiymətinin yüksəlməsilə bağlı xərclərin artmasına diqqət çəkiblər.
oxu.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man