Dağıstanda qalan soydaşlarımızın aqibəti necə olacaq? - VİDEO

Gündəm 20 Mart 2022 | 23:15
OXUNUB: 1916

Quru yolla Azərbaycana keçmək istəyən soydaşlarımız soyuq havada günlərdir Rusiya ilə sərhədin Dağıstan hissəsində qalıblar. Onlar qida və qalmağa yer sarıdan əziyyət çəkdiklərini bildirirlər. Soydaşlarımızın tək istəyi aidiyyəti qurumların bu məsələyə təcili reaksiya vermələri və onların sərhəddən keçmələrini təmin etmələridir

Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynanı tərk edərək Azərbaycana qayıtmaq istəyən soydaşlarımız günlərdir Dağıstanla sərhəddə qalıblar. Onların arasında məlum hadisələrlə bağlı Rusiyanı tərk etmək istəyənlər də var. Quru yolla Dağıstana qədər gəlib çatan həmvətənlərimiz hələ də sərhəddən Azərbaycan tərəfə buraxılmayıblar.  Onlar günlərdir meşədə və çadırlarda yaşadıqlarını deyirlər. Havaların qarlı keçməsi onların vəziyyətini xeyli çətinləşdirib. Üstəlik, qida çatışmazlığının olduğunu da bildirirlər. Onlara dəfələrlə Azərbaycana buraxılacağı deyilsə də, bu, hələ ki reallaşmayıb.  İndi soydaşlarımız aidiyyəti qurumlardan kömək istəyirlər. Onlar ən qısa zamanda sərhəddən buraxılacaqlarına ümid edirlər. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man