Azadlıq və sərbəstlik hər kəsin konstitusion hüququ olsa da, hüdudsuz deyil. Başqasına mane olan ifrat sərbəst davranış azadlıq çərçivəsindən çıxır.
Axşam saatlarında "Meyvəli" ticarət mərkəzinin qarşısındakı dairədə "Prius" sürücüsünün davranışı ətraddakıları şoka saldı desəm mübaliğə olmaz. Tıxacın gur vaxtı yaşlı kişi 90-LC-410 nömrə nişanlı avtomobili yol kəsişməsində saxlayaraq maşından düşdü və telefonla danışmağa başladı. Bununla kifayətlənməyən qoca avtomobildən uzaqlaşıb yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə getdi. Uca səslə danışığından məlum oldu ki, kimisə axtarır. Bu vəziyyət bir neçə dəqiqə davam etdi. Ətrafdakıların iradlarının sürücüyə zərrə qədər təsiri olmadı.
Bunun adı azadlıq yox, tərbiyəsizlikdir.
Bu ağsaqqalın evində böyüyən uşaqdan intizam gözləmək nə dərəcəfə doğrudur?
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man