Vilayət Eyvazov polisləri, qazi və şəhid ailələrini TƏBRİK ETDİ - FOTO

İctimai nəqliyyat 20 Mart 2022 | 00:10
OXUNUB: 2382

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Novruz bayramı münasibəti ilə təbrik polislərə, veteranlara, qazi və şəhid ailələrinə təbrik ünvanlayıb.
Avtosfer.az sözügedən təbriki təqdim edir: 


Hörmətli həmkarlar!
Novruz bayramı münasibətilə sizi, veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm. Xalqımızın qədim və zəngin mənəvi dünyagörüşünün təcəssümü olan “Novruz”un dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə ehtiramının əyani ifadəsi və tarixi xidmətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin uğurlu və müdrik dövlət siyasəti sayəsində davamlı inkişafda olan ölkəmizdə bu bahar bayramı da nikbin ovqat, qürur və qalibiyyət əhval-ruhiyyəsi ilə qarşılanır, eyni zamanda hər bir yerdə böyük sevinc hissi yaşanır. İnkişafın, quruculuq işlərinin, sosial tərəqqinin başlıca şərti olan sabitlik, əmin-amanlıq, insanların təhlükəsiz həyatı etibarlı qorunur. Bu mühüm məsələlərin həllinə şəxsi heyətimizin verdiyi töhfələr, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə göstərdiyi əzm, qətiyyət və sədaqətli xidmət möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən həmişə yüksək qiymətləndirilir. Əminəm ki, xalqa, Vətənə, dövlətçiliyə sədaqəti ilə seçilən əməkdaşlarımız və hərbi qulluqçularımız asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşlarımızın qanuni mənafelərinin hüquqazidd əməllərdən müdafiəsi kimi mühüm vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir. Hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.
Bayramınız mübarək!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man