Nazirdən Kür çayının quruması barədə həyəcanlı açıqlama - VİDEO

Gündəm 19 Mart 2022 | 00:16
OXUNUB: 1160

Şuşada keçirilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda ölkəmizdəki ekoloji vəziyyət də müzakirə olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində ekobalansın pozulduğunu deyib. Bundan əlavə, o, Oxçuçayın çirklənməsi, kür çayında suyun səviyyəsinin azalması məsələlərinə də toxunub.

Azərbaycandakı ekoloji vəziyyətin də müzakirə olunduğu Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, BMT ilə müxtəlif isitqamətdə əməkdaşlıq mövcuddur və bu, daha da çox olacaq. Xüsusilə də təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər istiqamətlər üzrə proqramlar hazırlanıb. Nazir onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə artıq təklif verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq. Bundan əlavə, nazir Kür çayında suyun səviyyəsinin kəskin azalmasına da münasibət bildirib. Toplantı zamanı Azərbaycan BMT ilə Oxçuçayın çirklənməsi məsələsini də müzakirə edib. Bundan əlavə, Ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində ekobalansın pozulduğunu, biomüxtəlifliyin ciddi şəkildə zərər görgüydünü və ətraf mühitə ciddi zərbələr vurulduğunu da deyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man