Bir qrup azərbaycanlı Ukraynadan Moskva vasitəsilə vətənə təxliyə edilib - FOTO

Gündəm 18 Mart 2022 | 22:14
OXUNUB: 1867

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.

Avtosfer.az xəbər ki, Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Ukraynanın Xerson vilayətindən 9 azərbaycanlı Moskvaya gətirilib. Onlardan ikisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşıdır. Bu gün onlar Moskva-Bakı reysi ilə Azərbaycana qayıdacaqlar. Ukraynadan təxliyə edilən soydaşlarımızla Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşüb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən soydaşlarımızın təxliyəsi davam edir: “Biz sizi Moskva vasitəsilə Azərbaycana təxliyə etmək qərarına gəldik”. “Rusiya bizim strateji müttəfiqimizdir. Bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. İnanırıq ki, Rusiya və Ukrayna yaxın vaxtlarda razılığa gələcəklər”, - səfir görüşdə deyib. Ukraynadan təxliyə edilən azərbaycanlı Nazim Əhmədov “Report”a açıqlamasında bildirib ki, səfirlik təxliyənin təşkilinə köməklik edib və onlar Moskvaya qatarla gəliblər. O, Azərbaycanın diplomatik missiyasına, eləcə də Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man