Biləsuvarda atmosferi çirkləndirən avtomobil sürücüləri cərimələnib - FOTO

İctimai nəqliyyat 18 Mart 2022 | 20:47
OXUNUB: 1821

Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub. Sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir. Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada protokollar tərtib edilib. Keçirilən nəzarət profilaktiki tədbirlər nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man