Yol polisi 36 nəfəri bu səbəbdən cərimələdi - VİDEO - FOTO

İctimai nəqliyyat 18 Mart 2022 | 15:08
OXUNUB: 13372

Bakının Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq yoluxma sayında ciddi azalmalar müşahidə olunur.

Bildirilib ki, hazırkı müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman maskalardan istifadə etməyin zəruriliyi barədə bir daha məlumatlandırıblar. Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksi fəaliyyəti ilə məşğul olan buna baxmayaraq tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Tərbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man