DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

İctimai nəqliyyat 18 Mart 2022 | 12:13
OXUNUB: 1344

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, paytaxt ərasizində hava şəraitinin yağıntılı keçməsi sürücülərin nəqliyyat vasitələrinin meteoroloji şəraitə uyğun idarəetməsi üçün əsas yaradır: "Hər bir sürücüdən xahiş edirik ki, ara məsafəsini düzgün saxlasınlar, sürət həddini nəzərdə tutulandan aşağı endirsinlər, görmə məhdudiyyətini nəzərə alaraq, nəqliyyat vasitələrinin silgəclərinə diqqət yetirmək lazımdır. Ümumilikdə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət edilməlidir. Yoldan keçən piyadalara diqqət artırılmalıdır.

Həmçinin piyadalardan da xahiş olunur ki, sürücülərin görmə məhdudiyyətini nəzərə alıb, yolun hərəkət hissəsinə daxil olarakən diqqətli olsunlar. Onlara yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsünü gördüyünə əmin olduqdan sonra yolu keçsinlər. Hər bir hərəkət iştirakçısının hava şəraitini nəzərə almasını xahiş edirik".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man