“Azəriqaz” növbəti “Açıq qapı” aksiyası 18 mart saat 12:00-da Birliyin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.
Avtosfer.az xəbər verir ki, "Azəriqaz” yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib.
Bu səbəbdən "Azəriqaz" bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək.
"Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man