Bakıda məmur oğluna qarşı külli miqdarda dələduzluq

Gündəm 17 Mart 2022 | 15:21
OXUNUB: 586

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. 

Avtosfer.az-ın məlumatına görə, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov “Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədovun oğludur. 

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man