Axtarışda olan şəxs narkotik çəkib maşın sürdü - Polis saxladı

İctimai nəqliyyat 17 Mart 2022 | 12:28
OXUNUB: 802

Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Yol-Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində "Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb. İlkin araşdırmadan sonra tibbi müayinəyə cəlb edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.

Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man