Rusiya Ukraynaya hücuma keçir? - "Qarşıdakı 10 gün kritik olacaq”

15 Fevral 2022 | 13:12
OXUNUB: 1754
Başda ABŞ olmaqla, Qərb də Ukraynada ehtimal edilən rus hücumunun hər an başlaya biləcəyi mesajını verdiyi zaman, işğalın bu həftə olacağı iddiası gündəmi zəbt edib.
 
Sfera.az bildirir ki, digər tərəfdən işğal planlarının qarşısında ən böyük əngəl olaraq görülən Çin Olimpiya Oyunları bu həftə yekunlaşır. Bu fonda ABŞ-ın
Gürcüstandakı hazırkı səfiri İan Kellinin son açıqlaması diqqət çəkib. O, çıxışı zamanı "qarşıdakı 10 gün kritik olacaq”, -  deyə söyləyib:

"Yaxın bir neçə gündə Rusiyanın Ukraynaya müdaxiləsi baş verməsə belə, Avropa sabitliyi və Şərq-Qərb münasibətlərinin gələcəyi balansda olduğu bir dövrdə böhran vəziyyəti dönüş nöqtəsindədir. Bu həftə işlərin sülh yolu ilə həll olunub-olunmayacağını müəyyən edə bilər”.

Xatırladaq ki, bir neçə gün bundan qabaq, Ağ Ev sahibi Bayden ABŞ kəşfiyyatının məlumatına əsasən, işğalın çərşənbə günü istənilən vaxt baş verə biləcəyini bildirmişdi. O, həmçinin Ukraynanın paytaxtı Kiyevdən səfirlik işçilərinin demək olar ki, hamısının təxliyə edildiyini söyləmişdi.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man