Qaxda yol polisi məktəbliləri maarifləndirib - FOTO

İctimai nəqliyyat 16 Mart 2022 | 16:12
OXUNUB: 549

  Qax şəhər 2 saylı məktəb-liseyində Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə polis əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.

Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man