"Kedicik" Adnan Oktarın yaşatdığı dəhşətdən danışdı: "Narkozsuz burun əməliyyatına məcbur edildim"

14 Fevral 2022 | 17:43
OXUNUB: 1450
1 075 il həbs cəzasına məhkum edilən Adnan Oktarın ətrafındakı qadınlar yaşadıqlarını ingilis mediasına danışıblar.
 
Sfera.az bildirir ki, Türkiyədə "kedicikler” olaraq tanınan qrupun qadın üzvləri, o cümlədən "aslanlar” olaraq bilinən kişilər həmin qorxunc günlər və təcavüz hadisələri haqqında "The Sunday Times” qəzetinə müsahibə veriblər. 

Adnanın "kedicik"lərindən olan Seda Işıldar hələ 16 yaşında ikən təriqət lideri tərəfindən təcavüzə məruz qaldığını, 20 yaşında olarkən narkozsuz burun əməliyyatına məcbur edildiyini söyləyib. 

"Burnuma vurulan çəkici hələ də xatırlayıram. Onun neçə dəfə burnuma vurulduğunu sayırdım. Bundan əlavə, mən 30 yaşımda olanda, Adnan Oktar məni onunla imam nikahı bağlamağa məcbur etdi. Düz 8 ildən sonra qaçmağı bacardım, Kanadaya köçdüm”, - deyə Seda əlavə edib.
 
Xatırladaq ki, əsl adı Harun Yahya olan Adnan Oktar 2018-ci ildə təcavüz, cəsusluq, uşaq istismarı və şantaj kimi bir sıra ittihamlarla həbs edilmişdi. 64 yaşlı Oktar bütün ittihamları rədd etmişdi.

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man