Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Ağalarova Səringül Qafar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı, bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man