Sərnişinlərə VACİB XƏBƏR: Yolunu gözlədiyimiz qatarlar... - VİDEO

Gündəm 16 Mart 2022 | 01:11
OXUNUB: 3536

Novruz bayramını yəqin ki, bölgələrimizdə də keçirmək istəyənlər də çoxdur. Bu səbəbdən bayram ərəfəsində avtovağzallarda ənənəvi sıxlığın olması ehtimalı böyükdür. Ancaq nədənsə rayonlara dəmiryol nəqliyyatı hələ də bərpa olunmayıb. Bir neçə gün əvvəl karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar verilsə də, sərnişin daşıyan qatarlar yenə də sərnişinsiz qaldı. Halbuki, həmin qatarların yolunu gözləyənlər az deyil. 

Nəqliyyat üzrə ekspert İlahə Məmmədova hesab edir ki, sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması həm rahatlıq, həm də vaxta qənaət sarıdan sərfəlidir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, rayonlara işləyən sərnişin qatarların fəaliyyətinin bərpa olunması ilə bağlı qərar qəbul edilməyib. Əgər yaxın günlərdə belə bir qərar verilərsə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi isə iş başındadır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyevadeyir ki, Avtovağzal martın 15-dən 27-dəkgücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Günay Əliyeva bildirir ki, sərnişin sıxlığı ilə əlaqədar bütün avtovağzallarda gündəlik dezinfeksiya tədbirləri də gücləndirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man